Əməkdar mühəndis Əliş İsmayılov qəfil vəfat edib.
KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, Əliş İsmayılov 11 fevral 1931-ci ildə Salyan rayonunda anadan olub.
O, uzun müddət Azərbaycanın qaz təsərrüfatında rəhbər vəzifələrdə işləyib və prezidentin 19 sentyabr 2011-ci il sərəncamı ilə “Azərbaycanın neft sənayesində səmərəli fəaliyyətinə görə” fərdi təqaüdə layiq görülüb.
Əliş İsmayılov Şağan qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!