Azərbaycan idmanına ağır itkibackend

Azərbaycan idmanına ağır itki

Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, tanınmış idman xadimi 78 yaşında ikən dünyasını dəyişib.

Cavanşir Qurbanov 1968-ci ildən idman sahəsində çalışmağa başlayıb.

O, 1972-1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru olub.

1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995-2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006 – 2017-ci ildə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.

Cavanşir Qurbanov Əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, Yasamal rayon Ağsaqqalar şurasının sədri olub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*