Azərbaycan ilk 5-liyə daxil oldu – Qaz tədarükçüləri arasındabackend

Azərbaycan ilk 5-liyə daxil oldu - Qaz tədarükçüləri arasında

Bu ilin birinci rübünün yekunlarına görə, Azərbaycan Avropaya boru kəməri ilə qaz tədarükçüləri arasında ilk 5-liyə daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Avropa qaz bazarındakı vəziyyəti ilə bağlı rüblük hesabatında bildirilib.

Məlumata görə, 2023-cü ilin birinci rübündə ölkə Trans-Adriatik kəməri (TAP) ilə Aİ ölkələrinə qaz nəqlini ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıraraq 2,8 mlrd. kubmetrə çatdırıb.

Bildirilir ki, yanvar-mart aylarında ilk beş ən böyük təchizatçı siyahısına Norveç, Şimali Afrika, Rusiya və Böyük Britaniya da daxildir. Azərbaycan bu siyahıda 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Mənnbə: APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*