Terrorçu və işğalçı İran molla rejimi parlamentinin deputatları Azərbaycanı yenə təhdid edib.
KONKRET.az “keymolla” teleqram kanalına istinadən xəbər verir ki, İran molla rejimi parlamentinin deputatı Əlborz Hüseyni çıxışında Gülüstan müqaviləsini xatırladıb. “Azərbaycan haradan ayrıldığını bilsin. Əgər müqavilə yerinə yetirilməsəydi, Azərbaycan İranın bir hissəsi idi“.
İran molla rejimi parlamentinin digər üzvü Mahmud Əhmədibeqaş isə belə bir bəyanatla çıxış edib ki, “Azərbaycan kobud xəyallardan çıxsın və Qərbin dəstəyi ilə ruhlanmasın. Mən Azərbaycan hakimiyyətinə xəbərdarlıq edirəm ki, diktə etdikləri çirkin oyunlarından əl çəksinlər”.
KONKRET.az