“Azərbaycanla İsrail arasında əlaqələr getdikcə dərinləşir”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirdiyi brifinqdə deyib.
Ceyhun Bayramov Azərbaycanın İsraildə səfirliyinin açılıb-açılmayacağı ilə bağlı suala isə belə cavab verib:
“Biz gələcəkdə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq”.