Azərbaycan Kənd Qadınları Assosiasiyası Qazaxıstanla saziş imzaladı – FOTOLARbackend

Azərbaycan Kənd Qadınları Assosiasiyası Qazaxıstanla saziş imzaladı - FOTOLAR

Azərbaycan Kənd Qadınları Assosiasiyası Qazaxıstanda keçirilən Kənd Qadınlarının İkinci Forumunda iştirak edib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

 

KONKRET.AZ – ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Assosiasiyanın sədri Gülbəniz Qənbərova məlumat verib. O bildirib ki, forumun təşkilatçıları Assosiasiya haqqında məlumatları facebook səhifələrindən əldə ediblər:

“Qazaxıstan Kənd Qadınları İttifaqı Qeyri-Hökumət Təşkilatının sədri Səltənət Rəhimbəyova internet saytlarından bizim haqqımızda məlumat əldə edərək Azərbaycanın Qazaxıstandakı səfirliyinə müraciət ediblər. Bizim səfirlik də Azərbaycanın qadın komitəsinə müraciət edərək haqqımızda məlumatları onlara ötürüblər. Məqsədləri bizimlə əməkdaşlıq etmək olub.

Biz Assosiasiyasiya olaraq Azərbaycanda Qadın İnkişaf və Müəssisə Qrupları modelinin tətbiq etmişik. Hazırda çox uğurlu fəaliyyəti var. Bizim 14 rayonda 38 Qadın İnkişaf və Müəssisə Qrupumuz fəaliyyət göstərir. Onların fəaliyyəti barədə də Kənd Qadınları Assosiasiyasının “facebook” səhifəsində daim məlumatlar paylaşırıq: qadınlar kiçik bizneslərini necə idarə edir, kənddə qadınlar özlərini necə işlə təmin edir, kəndin sosial həyatında onlar necə rol oynayırlar.

Daha sonra onlar bizi Qazaxıstanda keçirilən Kənd Qadınlarının ikinci Forumuna dəvət etdilər. Düşündük ki, həm forumda iştirak edək, həm də qarşılıqlı anlaşma memarandumu imzalayaq. Və bu belə də oldu. Forumda spiket kimi çıxış etdim. 400-ə yaxın kənd qadınının iştirakı ilə gözəl forum keçirildi. Bizim də onları Azərbaycana dəvət etmək barədə planlarımız var.

Ümumiyyətlə, bu səfəri gözəl qiymətləndiririk. Çünki bizim üçün çox dəyərli olan dəyərləri gördük. Qazaxıstanda parlementin kənd qadınlarına göstərdiyi diqqətə çox heyran qaldım. Parlamentin üzvü Mayira Asiya forumun keçirilməsi ilə bağlı komissiya yaradıb. Bu forum hər il keçirilir. Çalışırıq ki, biz bunu Azrbaycanda da edək. Düzdü, çox yerə müraciət etmişəm, amma bu səfərin mənə çox böyük köməyi oldu. Onlardan  təşkilatın fəaliyyət mexanizmini götürdüm. Mayira xanım həmin Forumun təşkilatı komissiyasının sədridi. Bütün nazirlikləri, parlament üzvlərini bu forumun keçirilməsinə cəlb edib. Forumda 200-ə yaxın təltifnamə hazırlamışdılar”.

Qeyd edək ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılmış və Dünya Bankı tərəfindən dəstəklənən Azərbaycan Kənd Qadınları Assosiasiyası 2018-ci ilin mart ayından etibarən qadınların iqtisadi səlahiyyətləndirilməsi üzrə innovativ modeli sınaqdan keçirir. Bu vahid model kənd qadınlarının üzləşdiyi iqtisadi və sosial çətinlikləri və öz bizneslərinə başlamaq üçün onların ehtiyacı olan qərarvermədə iştirak və təşkilatlanma olmaması problemini həll etməyə yönəlmişdir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindənicra olunan və Dünya Bankı tərəfindən dəstəklənən bu model kənd qadınlarını Qadın İnkişaf və Müəssisə Qruplarında (QİMQ) təşkilatlandırmışdır. Bu qruplar Azərbaycanın 15 rayonunda (Balakən, Zaqatala, İsmayıllı, Ağdam, Bərdə, Ağcabədi, Goramboy, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Goramboy,) qadınlara məxsus və onlar tərəfindən idarə olunan bizneslərin portfelini yaratmış kənd qadınlarının biznes kollektivləridir. Hal-hazırda 462 qadın üzvü özündə birləşdirən 38 qrup yaradılmışdır ki, onların müəssisələrinin fəaliyyətləri bir neçə aqrobizneslərlə yanaşı, çörək bişirmə və şirniyyat, kafe, tikiş və xalçaçılıq sexlərini əhatə edir.

Bir cavab yazın