Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə Amerikanın Fortinet şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
KONKRET.az xəbər verir ki, bu münasibətlə Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov və Fortinet şirkətinin regional satış meneceri Şaiq Səmədov arasında görüş keçirilib.
Anlaşma Memorandumunun məqsədi kibertəhlükələrin müəyyən edilməsi üçün əməkdaşlığın qurulması, kiber insidentlər haqqında məlumat mübadiləsinin təşkili və bu sahədə birgə fəaliyyətin həyata keçirilməsidir. Sənəd kibertəhlükəsizlik sahəsində şirkətlər arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.