Azərbaycan komandası “Teknofest”də yarışın qalibi oldubackend

Azərbaycan komandası "Teknofest"də yarışın qalibi oldu

Türkiyənin Antalya şəhərində keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.

Bu barədə KONKRET.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən Azərbaycanın “Versetech” komandası “Teknofest 2024″ün final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə 32 komandaya qarşı yarışıb. Yekun nəticələrə əsasən 76.88 xal toplayan Azərbaycan komandası birinci yerə layiq görülüb.

Xatırladaq ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest” yarışında bu il 788 161 komandanın 1 630 000 iştirakçısı ilə rekord say qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*