Azərbaycan koronavirus peyvəndini hansı xarici ölkədən alacaq? – TƏBİB-dən AÇIQLAMAbackend

Azərbaycan koronavirus peyvəndini hansı xarici ölkədən alacaq? - TƏBİB-dən AÇIQLAMA

Dünyanın müxtəlif ölkələrində 26 koronavirus peyvəndi üzərində klinik sınaqlar aparılır. Bundan başqa 139 peyvənd üzərində iş gedir. İlkin nəticələri olan ölkələr ABŞ, Britaniya, Fransa, Almaniya, Çin, Türkiyə və Kubadır. Rusiya isə artıq peyvəndi tətbiq edib və kütləvi istehsalına başlayıb. Azərbaycan koronavirus peyvəndini hansı xarici ölkədən alacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı sınaqdan keçirilmiş vaksinlərin heç birini rəsmi təsdiqləməyib:

“Bundan əlavə hansı ölkədən vaksin alınacağı barəsində qərar hökumət tərəfindən veriləcək. Hazırda vaksinlərin alınması ilə bağlı hər hansı bir yenilik yoxdur. Əgər yenilik olarsa, bu barədə vətəndaşlarımıza məlumat verəcəyik”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*