Azərbaycan KUBOKU: “Neftçi”nin ev antirekordu – VİDEObackend

Azərbaycan KUBOKU: “Neftçi”nin ev antirekordu - VİDEO

“Neftçi” Azərbaycan kubokunda ardıcıl 3-cü ev məğlubiyyətini alıb.

KONKRET.az PFL-nin rəsmi saytına istinadən bildirir ki, bakılılar 1/4 finalın ilk oyununda “Sumqayıt”a 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi bundan əvvəl öz meydanında keçirdiyi son iki qarşılaşmada da məğlubiyyətə üzülüb. “Ağ-qaralar” 2018/19 mövsümündə 1/4 finalda “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olub. 2017/18 mövsümündə yarımfinala qədər irəliləyən “Neftçi” öz meydanında “Qəbələ”yə yenilib – 1:3.

Bakılıların evdə uduzmadığı son kubok görüşü 2 il əvvələ təsadüf edib. 2017/18 mövsümünün 1/4 finalında “Zirə” üzərində 2:0 hesablı qələbə əldə olunub.

Bu, klub tarixində yeni antirekorddur. “Ağ-qaralar” 27 ildir daimi iştirakçısı olduğu yarışda bunadək ardıcıl üç ev qarşılaşmasında məğlubiyyət almamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*