Azərbaycan məktəblərində 5 gün dərs olmayacaqbackend

Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətili yaxınlaşır.

KONKRET.AZ xəbər verir ki, ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili noyabrın 16-da başlayacaq.

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.

Məktəblərdə tədris ilinin beş günlük növbəti – qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.

Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*