Azərbaycan millisi FIFA reytinqində irəlilədibackend

Azərbaycan millisi FIFA reytinqində irəlilədi

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib.

KONKRET.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1151 xalla 121-ci sırada qərarlaşıb.

Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.

Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 44-cü yeri tutub. 2022-ci ilin son reytinqində siyahıya 1840 xalla Braziliya başçılıq edir. Aktivində 1838 xal olan son dünya çempionu Argentina yığması 2-ci pilləyə yüksəlib. DÇ-2022-nin finalçısı Fransa seçməsi isə 1823 xalla üçüncüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*