Azərbaycan millisi Macarıstana uduzdubackend

Azərbaycan millisi Macarıstana uduzdu

Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

KONKRET.az-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.

“Liv Bona Dea Arena”da baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmanın qolunu Renat Dadaşov (7) vurub. Macarların heyətində isə Barnabaş Varqa (5) və Dominik Soboslai (33) fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*