Azərbaycan millisində qalmaqal: Hüseynlinin qovulmasının səbəbi bilindibackend

Azərbaycan millisində qalmaqal: Hüseynlinin qovulmasının səbəbi bilindi

Tanınmış qapıçı Rövşən Hüseynlinin futzal üzrə Azərbaycan millisindən kənarlaşdırılmasının təfərrüatı məlum olub.

KONKRET.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, 34 yaşlı qolkiper yığmanın təlim-məşq toplanışında olduğu “Liv Bona Dea Arena”da qalmaq istəməyib.

O, məşqlərə evdən gəlib-getmək niyyətində olduğunu bildirib. Lakin baş məşqçi Vitali Borisov buna icazə verməyib.

Bununla belə, qapıçı “Olimpik Star”dakı məşqdən sonra “Liv Bona Dea Arena”ya dönmək əvəzinə şəxsi avtomobilinə minərək, evinə yollanıb.

Borisov bu gün Hüseynlinin intizamsızlığa yol verdiyini əsas götürərək, onu heyətdən kənarlaşdırıb. Azərbaycan Futzal Federasiyasının rəhbərliyi də baş məşqçinin qərarına müdaxilə etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*