Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,93 ABŞ dolları, yaxud 2,02 % artaraq 97,53 ABŞ dolları təşkil edib.
KONKRET.az xəbər verir ki, hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 92,36 ABŞ dollardan satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollardan götürülüb.