Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,32 ABŞ dolları, yaxud 2,75 % artaraq 86,4 ABŞ dolları təşkil edib.
KONKRET.az xəbər verir ki, hərraclarda “Brent” markalı neftin fevral fyuçersləri 82,2 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.