10 ay fasilədən sonra Azərbaycan yenidən xam neft ixracını Hindistana bərpa edib.
KONKRET.az xəbər verir ki, məlumata görə, avqust ayında Hindistana 1 747,07 ton xam neft göndərilib və bunun dəyəri 781,52 min ABŞ dolları olub.
Qeyd olunur ki, ixrac həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 589 dəfə az, dəyəri isə 827 dəfə aşağıdır. Hindistana ixrac edilən neft ümumi ixracın yalnız 0,01%-ni təşkil edib.
2024-cü ilin oktyabrından Hindistan Azərbaycan nefti alımını dayandırmışdı. Həmin il bu ölkəyə ixrac edilən neftin həcmi 1,16 milyon ton, dəyəri isə 729,8 milyon dollar təşkil etmişdi.
Müşviq Tofiqoğlu,
KONKRET.az