Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,47 ABŞ dolları, yaxud 0,51 % azalaraq 92,3 ABŞ dolları təşkil edib.
KONKRET.az xəbər verir ki, hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 89,51 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollardan götürülüb.