Azərbaycan neftinin qiyməti 85 dolları ÖTDÜbackend

Azərbaycan neftinin qiyməti 85 dolları ÖTDÜ

“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 2 faizdən çox bahalaşıb.

KONKRET.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,7 ABŞ dolları, yaxud 2,02 % artaraq 85,77 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*