Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 2,06 ABŞ dollar, yaxud 2,31 % artıb.
KONKRET.az xəbər verir ki, “Azeri Light” markalı neftin 1 bareli 91,16 ABŞ dollarına çatıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.