Azərbaycan ordusu Ağdərə və Əsgəranda irəlilədi: Şuşada Dəmir Yumruq heykəli ucalır…backend

Azərbaycan ordusu Ağdərə və Əsgəranda irəlilədi: Şuşada Dəmir Yumruq heykəli ucalır...

“Azərbaycanın cinayətkar elan etdiyi, müharibə cinayətləri törədən Araik Arutyunyanı Moskvaya dəvət ediblər. Səbəb isə Ərdoğanın Şuşaya gələcəyi və bu şəhərdə konsulluq açılacağı ilə bağlı xəbərlərdir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, bu məsələ prosesləri üç istiqamətdə qabardır: “Revanşistlər (Xüsusən Moskva dəstəkli Koçaryan) bəyan edir ki, Şuşa və Hadrutu qaytaracağıq. Bununla revanşist qüvvələr həm 20 iyun seçkisinə stavka edir, həm də Moskvadakı dostları danışdırır. Türkiyə isə öz növbəsində Azərbaycanı bu təhdidlər qarşısında tək qoymamaq üçün Şuşanı simvola çevirir, hərbi və diplomatik toxunulmazlıq, imtiyaz və immunitetlər yaradır”.

Türkiyə təklənib, Azərbaycan dəstək verəcəkmi? – Əziz Əlibəyli – AKTOR.AZ

Bəs niyə bu həddə çatmışıq sualını isə Əziz Əlibəyli belə şərh edib: “Türkiyənin Ukrayna-Rusiya böhranında oynadığı rol və Bayraktarların Krıma yürüşü, eləcə də Kiyevin Ankara ilə alış-verişi, prosesləri bu həddə çatdırır. Azərbaycana nəzərən isə Prezident tərəfindən səslənən İskəndər məsələsi Rusiyanı özündən çıxarır. Detallara nəzər saldıqda isə Sərhəd xidmətininin zabitinin səbrinin test edildiyini və torpağımızı təxribatla tapdalamaq istədiklərini, “sərxoş” erməni əsgərlərinin postlarımızı atəşə tutmasını görürük. Araik Arutyunyanın DQMV-ni bərpa etməliyik şüarını vəzifə kimi qarşısına qoyması isə prosesləri bir az da gərginləşdirir. Bu arada Azərbaycan ordusu Ağdərə ilə yanaşı Əsgəranda da irəliləyib. Şuşada Dəmir Yumruq heykəlini ucaltmaq lazımdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*