Azərbaycan Ordusu Kəlbəcərdə hücuma keçdi – Ermənilərin növbəti yalanıbackend

Azərbaycan Ordusu Kəlbəcərdə hücuma keçdi – Ermənilərin növbəti yalanı

Dünən gecə Qarabağ münaqişəsi zonasında vəziyyət sabit olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan öz Facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, artilleriya duelləri müxtəlif sahələrdə və istiqamətlərdə davam edib. Səhər düşmən şimal istiqamətində (Kəlbəcər nəzərdə tutulur) hücum əməliyyatlarına başlayıb.

Xatırladaq ki, sentyabrın 27-dən bəri Qarabağ münaqişəsi zonasında gərgin döyüşlər gedir. Azərbaycan Silahlı Qüvvələri işğal edilən Dağlıq Qarabağda və ətraf rayonlarda bir sıra yaşayış məntəqələrini geri qaytarıb.

Haşiyə: Ordumuzun Kəlbəcərdə hücuma keçməsi düşmənin növbəti feyk xəbəridir, çünki Azərbaycan ilk gündən etibarən Moskvada imzalanan humanitar atəşkəsi pozmayıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*