“Azərbaycan Ordusu öz ərazi bütövlüyünü qoruyur” – ALİ BAŞ KOMANDANbackend

"Azərbaycan Ordusu öz ərazi bütövlüyünü qoruyur" - ALİ BAŞ KOMANDAN

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhədəki vəziyyətlə əlaqədar Azərbaycan xalqına müraciət edib.

KONKRET.az -ın məlumatına görə, Prezident bildirib ki, bu gün səhər saatlarında Ermənistan Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda hərbi mövqelərimizi atəşə tutub.

Prezident deyib ki, düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var.

“Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq”,-deyə Prezident əlavə edib.

Ali Baş Komandan vurğulayıb ki, Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir:

“Bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxarılıb”.

Dövlət başçısı bildirib ki, biz öz torpaqlarımızda düşmənə qarşı mübarizə aparırıq:

“Azərbaycan Ordusu öz ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Dağlıq Qarabağ bizim tarixi dədə-baba torpağımızdır.Erməni əsgərinin Azərbaycanın torpaqlarında nə işi var? Bütün beynəlxalq təşkilatlar bizim haqlı mübarizəmizi dəstəkləyir, təkcə BMT-dən başqa”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*