Azərbaycan ordusu Sisian və Vardenis istiqamətində hərəkət edib? – Danışıqlar başladıbackend

Azərbaycan ordusu Sisian və Vardenis istiqamətində hərəkət edib? – Danışıqlar başladı

“Azərbaycan ordusunun Ermənistan ərazisini tərk etməsi yaxın bir neçə saat ərzində baş tutacaq”.

Azərbaycan tərəfi ilə danışıqlarda Baş Qərargahın və Ermənistan Silahlı Qüvvələrinin 1-ci ordu korpusunun nümayəndələri, həmçinin Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri iştirak ediblər.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın sərhəd ərazisindən çıxarılması prosesi yaxın bir neçə saat ərzində başlamalıdır. Azərbaycan tərəfi ilə danışıqlar bu anda başa çatıb.

Erməni deputat Naira Zohrabyan da Azərbaycan tərəfi ilə danışıqların başa çatdığını bildirib. Ermənistanın Müdafiə Nazirliyi isə hələ danışıqların nəticələri ilə bağlı rəsmi açıqlama verməyib. Lakin mayın 12-də Azərbaycan Silahlı Qüvvələrinin sərhədlərin müəyyənləşdirilməsi üçün Zəngəzurun Qara göl ərazisində nəzarəti ələ aldığını təsdiqləyib. Bundan əlavə Ermənistan Müdafiə Nazirliyi  mayın 13-də Azərbaycan Silahlı Qüvvələrinin Sisian və Vardenis (Qərbi Azərbaycanın Basarkeçər rayonu) istiqamətində hərəkət etməyə çalışdığını da açıqlayıb. Elə həmin gün baş nazir Nikol paşinyan  Təhlükəsizlik Şurasının iclasını çağıraraq Zəngəzurdakı vəziyyəti müzakirə edərək və KTMT çərçivəsində məsləhətləşmələrə başlamaq barədə göstəriş vermişdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*