Azərbaycan Ordusuna aid hərbi avtomobil aşdıbackend

Azərbaycan Ordusuna aid hərbi avtomobil aşdı

İyunun 2-də Bərdə rayonu Qaraməmmədli kəndi yaxınlığından keçən yolda aşan “Kamaz” markalı avtomobil Azərbaycan Ordusuna aid olub.

KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hadisə “Mersedes” markalı avtomobilin hərbi kolona daxil olması nəticəsində baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*