Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Hüseyn Xəlilovun nəşi xəstəxanadan götürülərək Sabunçu rayonunun Nardaran qəsəbəsindəki evinə aparılıb.
KONKRET.az xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.
Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Mərasim başa çatandan sonra H.Xəlilov Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!