Azərbaycan Paşinyanın xoşuna gəlib – İndi də Xankəndidədirbackend

Azərbaycan Paşinyanın xoşuna gəlib – İndi də Xankəndidədir

Baş nazir Nikol Paşinyan Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa şəhərində dünən “seçki şousu”nda iştirak etdikdən sonra bu gün Azərbaycanın digər şəhəri Xankəndiyə gəlib.

KONKRET.az xəbər verir ki, burada o, qondarma rejimin qondarma “rəhbərləri” ilə görüşlər keçirib.

Erməni mediası bunu xarici siyasət məsələlərinə dair birgə işçi görüşü adlandırıb. Guya o, hansısa müstəqil ölkənin liderləri ilə bir masa ətrafında oturub.

“Görüşdə” Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyan da olub.

Yəqin ki, bu “siyasi görüşlərə” rəsmi Bakının və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sərt mövqeyi olacaq.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*