Azərbaycan Premyer Liqasında turun futbolçusu açıqlandıbackend

Azərbaycan Premyer Liqasında turun futbolçusu açıqlandı

Azərbaycan Premyer Liqasında XI turun rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, “İnStat” şirkətinin təhlilinə əsasən, turun ən yaxşısı Merab Qiqauri olub.

“Qəbələ”nin gürcüstanlı legioneri “Səbail”lə görüşdə (3:0) aldığı yüksək indeksə görə hamını qabaqlayıb. Ümumiyyətlə isə, rəmzi komandada “qırmızı-qaralar” daha çox – 8 futbolçu ilə təmsil olunublar.

Qapıçı: Anar Nəzirov – 250 (“Qəbələ”).

Müdafiəçilər: Yusif Nəbiyev – 257 (“Qəbələ”), Anton Krivotsyuk – 282/2 (“Neftçi”), Franko Flores – 278/4 (“Keşlə”), Qismət Alıyev – 245/2 (“Qəbələ”).

Yarımmüdafiəçilər: Ülvi İsgəndərov – 247 (“Qəbələ”), Merab Qiqauri – 319/3 (“Qəbələ”), Fernan Lopez – 308/2 (“Qəbələ”), Roman Hüseynov – 250 (“Qəbələ”).

Hücumçular: Davit Volkov – 313/3 (“Qəbələ”), Əmir Ağayev – 309/2 (“Sumqayıt”).

Qeyd edək ki, oyunçuların adının qarşısındakı ilk rəqəm “InStat” indeksini, kəsrdən sonrakı isə rəmzi komandaya düşmə sayını göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*