Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
KONKRET.az-ın xəbərinə görə, təltif edilənlər arasında general-mayor Mayis Bərxudarov da var. General “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə də təltif olunub.