Azərbaycan Prezidentinin Ağ Evdəki görüşləri CANLI yayımlanacaqbackend

Azərbaycan Prezidentinin Ağ Evdəki görüşləri CANLI yayımlanacaq

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə keçirəcəyi mühüm görüşlər canlı yayımlanacaq.

KONKRET.az xəbər verir ki, görüşlərin dünyanın diqqət mərkəzində olan Vaşinqton danışıqları çərçivəsində baş tutacağı, regional və beynəlxalq əhəmiyyətli bir sıra məsələlərin müzakirə ediləcəyi gözlənilir. Canlı yayım vasitəsilə ictimaiyyət Ağ Evdəki diplomatik prosesləri birbaşa izləmək imkanı əldə edəcək.

Görüşlərin detalları və yayım platforması barədə əlavə məlumat veriləcəyi gözlənilir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*