“Azərbaycan qoşunları İrəvandan 100 km aralıdadır, buna nə deyirsiniz?” – Artur Xaçikyanbackend

“Azərbaycan qoşunları İrəvandan 100 km aralıdadır, buna nə deyirsiniz?” - Artur Xaçikyan

“Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini dayandırmasından real nəticələr gözləməyə dəyməz. Bu, sadəcə olaraq Ermənistana qarşı mənəvi jestdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-nin Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

Həmin çıxışın bir qismini təqdim edirik:

“Bayden administrasiyası Yaxın Şərqdə soyqırımı maliyyələşdirir. Bir neçə gün əvvəl Haaqa məhkəməsi bunu qınadı. İsrailin Baş naziri Netanyahu “sizin qərarınız məni maraqlandırmır” cavabı ilə məsələni bitmiş hesab etdiyini sərgilədi”.

Artur Xaçikyan fransızlarla olan müttəfiqliyə də toxunub: “Fransızlar və amerikalılar ətrafımızda baş verənləri onlardan pul alan, cəmiyyətimizə yalan ümidlər verən, diqqəti real təhlükələrdən yayındıranlardan qat-qat yaxşı görürlər. ABŞ açıq və səmimi şəkildə bəyan edir ki, Qafqazda maraqları var, amma həyati maraqları yoxdur. Görəsən, hakimiyyət, o cümlədən erməni xalqı bu məsələlərə niyə diqqət yetirmir? Niyə yalançı təbliğatçılara inanır? Görünür, biz tarixi həriflər xalqıyıq.

Həmin qara il, 2018-ci ildə Ermənistanda qondarma inqilab baş verəndə polis kifayət qədər təmkinli idi, amma keçən il polis universitetlərə girəndə, tələbələrin qollarını burub, onları həbs edəndə avropalılar nədənsə səslərini belə çıxartmadılar. Haradadır, demokratlar?”.

Erməni alim Gürcüstanla bağlı məsələlərə də diqqət çəkib:

“Gürcüstanın xarici siyasəti Türkiyə ilə sıx bağlıdır. Gürcüstanın strategiyası da həmçinin Ermənistanla yox, Türkiyə ilə bağlıdır. Gürcüstandan tələb edə biləcəyimiz yeganə şey Ermənistana gələn silahların yollarını bağlamamaqdır. Amma bu da mümkün deyil, çünki Türkiyə və Azərbaycan 44 günlük müharibədə olduğu kimi, istənilən vaxt yenə yolu bağlatdıra bilərlər. Bir neçə gün əvvəl Ermənistan hakimiyyəti Gürcüstanla hərbi komponenti olmayan strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Biz İranla belə bir müqavilə bağlamalıydıq. Amma çox təəssüflər olsun ki, Qərb buna icazə vermir.

Çox dəhşətli bir vəziyyətdəyik. Azərbaycan qoşunları İrəvandan 100 km aralıdadır. Ermənistan ələ keçərsə, Gürcüstan fürsətdən istifadə edərək 100 il əvvəl olduğu kimi Lorini ala bilər.

Bakı ilkin şərtləri hazırlayaraq hər şeyə güclə nail olacaq. Güclər nisbəti dəyişməyincə sülh olmayacaq. Nikol Paşinyan müharibədə hər şeyi təslim edəcək.

Hamı bilir ki, Ərdoğan yeni Osmanlı imperiyası yaratmaq istəyir, amma bu, heç kimi narahat etmir. Bunun üçün Türkiyəyə Zəngəzur dəhlizi lazımdır. Türkiyə dünya üçün önəmli ölkədir. Ermənilərə görə Türkiyə ilə heç kim mübahisə etməyəcək. Ona görə də ciddi xəbərdarlıq edirəm, bu il Ermənistan üçün çox təhlükəli il ola bilər. Ən pisi də odur ki, diaspor Ermənistandakı hakim qrupun sayəsində parçalanıb, onun Ermənistanla əlaqəsi kəsilib”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*