Azərbaycan Rusiyadan 23.4 milyon dollarlıq şokolad aldıbackend

Azərbaycan Rusiyadan 23.4 milyon dollarlıq şokolad aldı

2025-ci ilin ilk dörd ayında Rusiya xaricə 170,7 milyon dollar dəyərində şokolad satıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat BMT-nin “Comtrade” platformasının hesabatında yer alıb.

Hesabata əsasən, Rusiya şokoladının ən böyük alıcısı Qazaxıstan olub. Bu ölkə ilk dörd ayda 78.3 milyon dollarlıq şokolad alıb.

İkinci yerdə Azərbaycan qərarlaşıb. Ölkəmiz ilk dörd ayda Rusiyadan 23.4 milyon dollarlıq şokolad idxal edib.

Sonrakı yerlərlə Özbəkistan (21.4 milyon dollar), Qırğızıstan (14.7 milyon dollar) və Gürcüstan (8 milyon dollar) qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*