Azərbaycan Sərsəng su anbarı və Xocalıya nəzarəti bərpa edir – AÇIQLAMAbackend

Azərbaycan Sərsəng su anbarı və Xocalıya nəzarəti bərpa edir - AÇIQLAMA

“Azərbaycanın üç erməni dviersantı azad etməsi, ötən gün Ermənistan silahlı qüvvələrinə məxsus xüsusi texnika və artilleriya vasitələrinin Xankəndindən çıxarılmasına cavabdır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Qarabağda Ermənistan silahlı qüvvələrinə məxsus texnikalar qalmaqdadır və onların Azərbaycan ərazsində mövcudluğu Paşinyan hakimiyyətinin birbaşa 10 noyabr razılaşmasını pozması deməkdir: “Ermənistan tərəfi hərbi texnikanı çıxarır. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasındakı silahlı erməni birləşmələrinə gəldikdə isə, Azərbaycan tərəfi onların ilin axırına kimi ləğv edilməsinə çalışacaq. Azərbaycan konkret şərtlərlə hərəkət edir. Diversantların qaytarılması erməni tərəfin şərtlərə əməl etməsilə həyata keçirilib. Digərlərinin qaytarılması isə zamanala həll olunacaq. İlk növbədə bu, Nikol Paşinyanın hakimiyyətdə qalmasına zəmin yaratmalıdır. Çünki, Paşinyan hakimiyyətdə qalacaqsa, Qarabağla bağlı proseslərdən geri çəkiləcək”.

Məhəmməd Əsədullazadə - Publika.Az

Politoloq əlavə edib ki, Azərbaycan hazırda iki məsələnin üzərində dayanıb: “Sərsəng su anbarına və Xocalıya nəzarəti bərpa etmək. İki strateji nöqtə nəzarətimizə keçdikdən sonra erməni separatçıları ərazini tərk edəcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*