“Azərbaycan tarixi” dərsliyinin təqdimatı keçirildi – FOTOLARbackend

"Azərbaycan tarixi" dərsliyinin təqdimatı keçirildi - FOTOLAR

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən ən maraqlı təqdimatlardan biri də “Şərq-Qərb” nəşriyyatının hazırladığı 5-ci sinif “Azərbaycan tarixi” dərsliyinin təqdimatı olub.

“Şərq-Qərb” nəşriyyatı departamentinin Tədris resursları şöbəsinin baş redaktoru Samirə Bektaşi dərslik haqqında məlumat verərək, tərtibatında bir sıra yeniliklərə imza atıldığını vurğulayıb.

Dərslikdə QR kodlardan istifadə edildiyini diqqətə çatdıran S.Bektaşi bildirib ki, bu üsulla şagirdlər animasiyalar və video-materiallarla tanış ola biləcək və bu, mövzuları daha dərindən qavramalarına kömək edəcək.
Daha sonra “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova dərsliyin hazırlanma prosesindən bəhs edərək, texniki və yaradıcı heyətin bu işin öhdəsindən layiqincə gəldiyini bildirib.

Təqdimat zamanı slaydlar vasitəsilə nümayiş etdirilən rəsmlər və QR kodda yerləşdirilən animasiyalar auditoriyanın xüsusi marağına səbəb olub.

Sonda dərsliyin həmmüəllifi Pərviz Ağalarov və rəssam Murad Zeynalov slaydda diqqət çəkən materiallarla bağlı auditoriyanın suallarını cavablandırıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*