Azərbaycan tarixinin ERADAN əvvələ AİD olduğuna daha bir sübut: KORRUPSİYAbackend

Azərbaycan tarixinin ERADAN əvvələ AİD olduğuna daha bir sübut: KORRUPSİYA

Korrupsiya qədim latın sözü olub pul ilə yola gətirmə, vəzifə səlahiyyətlərindən istifadə kimi mənaları ifadə edir.

KONKRET.az xəbər verir ki, tarixi mənbələrdə korrupsiya ilə ilk mübarizə aparan Şumer hökmdarı Uruinimqina olub.

Qədim Azərbaycan dövləti olan Mannanın ilk hökmdarı İranzunun ölümündən sonra Aza Assuriya ilə müttəfiq, Urartuyla düşmən olub. Ulusunu isə onu devirib hakimiyyətə gəlmək üçün müəyyən əraziləri (22 qala) rüşvət kimi Urartuya verib.

Korrupsiyaya qarşı ilk sənəd isə “Artxa-Şastra” eradan əvvəl IV əsrdə Hindistanda müzakirə olunub. Analoji problemlərlə Misir fironları da qarşılaşıb. Dantenin “İlahi komediya”da təsvir olunan 9 cəhənnəm halqasından 8-cidə rüşvətxorluğa yer verilib.

Sözümün canı odur ki, tarixi eradan əvvələ dayanan bütün ölkələrdə – İtaliya, Yunanıstan, Azərbaycan və digər türk dövlətləri, Çin, Hindistanda rüşvətxorluq daha dərin, “fəlsəfi” xüsusiyyətlərə malikdir. IX əsrdən sonra yaranan ölkələrin bəzilərində – Fransa, İngiltərə, Almaniyada köklü korrupsiya vərdişləri olmadığı üçün onlar rüşvətxorluqla məşğul olmaqdan çox, bununla mübarizə aparırlar. Eramızın IX əsrindən sonra yaranmış slavyan dövlətlərində korrupsiyanın olması isə onların əvvəlcə Bizans (Şərqi Roma) və müxtəlif türk imperiyalarının sakinləri kimi yaşamaqları ilə əlaqədardır.

Azərbaycanda korrupsiya eradan əvvəl, bizim eranın erkən orta əsrlərində, daha sonrakı dövlətçilik və əsarətlərimizdə də olub. Odlar Yurdunun Sasani, Ərəb xilafəti, Hülakü, Səlcuq, Monqol və s. işğallara düşməsi həmin imperiyalara dəxlisiz vergilər (torpaq, can vergisi) ödəməsi ilə nəticələnib. Həmin vergiləri ödəyənlər şallaqlanmayıb, daha yaxşı təhkimçilik görüblər. Və belə bir şüuraltı vərdiş formalaşıb ki, bir işi aşırtmaq üçün qanunda nəzərdə tutulmayan şirinlik ödəmək lazımdır. Müasir müqayisə aparsaq:

– Dövlət qulluğuna imtahan verib yaxşı iş tapmaq çətindir.

– Sözü keçən tanış vəzifəliyə babat pul verib işə düzəlmək isə asandır.

2012-ci ildə Gülər Əhmədova olaylarını unudanlara xatırlatma:

• Videoda Elşad Abdullayevin deputat olması üçün 1 milyon dollar tələb olunurdu

• Deyilənə görə 10 il öncə icra başçısı olmaq üçün 2 milyon dollar lazım idi

Hər halda indi yağın qiyməti 3 dəfə qalxıbsa, rüşvətin də məzənnəsi artıb. Bəli, Azərbaycanda rüşvət mədəniyyəti var. Yoxsa DTX vaxtaşırı Mədəniyyət Nazirliyinə baş çəkməzdi. Vəzifədə 1 ili tamam olmayanlar saxlanılmazdı. Həqiqətən də, ölkədə rüşvətxorluq və korrupsiya ilə mübarizə gedir.

Sadəcə, bu torpaqlarda 5-6 min il tarixi olan bir defektə qarşı 10-15 illik mübarizə effekt verməz.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*