“2022-ci ildə də Azərbaycan hərbçilərinin beynəlxalq ordu yarışlarında iştirakı nəzərdə tutulur”.
KONKRET.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov ilin yekunlarına dair keçirdiyi brifinqdə deyib.
O bildirib ki, gələn il Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam etdiriləcək.
Anar Eyvazov onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bir sıra yeni hərbi obyektlərin inşası da həyata keçiriləcək.