“Azərbaycan Uşaqları” İB hesabat konfransı keçirdi – FOTOLARbackend

“Azərbaycan Uşaqları” İB hesabat konfransı keçirdi - FOTOLAR

“Azərbaycan Uşaqları” İctimai Birliyinin həyata keçirdiyi “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsinin hesabat konfransı baş tutub.

KONKRET.az xəbər verir ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Çevik Ekspertlər Qrupu” nun tərəfdaşlığı ilə həyata keçirilib.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva və nümayəndələri, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini İmran Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva,Sosial Xidmətlər Agentliyinin nümayəndəsi,TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri, QHT rəhbərləri və digər məsul şəxslər iştirak edib.

Konfransın açılışında “Çevik Ekspertlər Qrupu”nun üzvləri tədbir iştirakçılarına layihə ilə bağlı təqdimat-slayd, Azərbaycanda gender əsaslı zorakılıq, məişət zorakılığının qarşısının alınması istiqamətində aparılan fəaliyyətlər barədə ətraflı məlumat verib.

Tədbirdə layihə çərçivəsində hazırlanmış Füzuli, Biləsuvar, Neftçala rayonları üzrə gender əsaslı  zorakılığın qiymətləndirmə hesabatı və  real həyat hekayələri əsasında çəkilmiş “Saat” videoçarxı nümayiş olunub.

Layihənin yekununda Füzuli, Biləsuvar, Neftçala rayonları üzrə yaradılmış təşəbbüs qrupları nümayəndələrinin təqdimatları dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*