Azərbaycan və Ermənistan münsiflərinin addımı gündəm oldubackend

Azərbaycan və Ermənistan münsiflərinin addımı gündəm oldu

Qazaxıstanda keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsində maraqlı anlar yaşanıb.

KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, yarışmada azərbaycanlı münsiflər heyəti Ermənistan təmsilçisi Saro Gevorqyana 10 xal verib.

Erməni münsiflər isə cavab olaraq Azərbaycan iştirakçısı Səbinə Zadəyə maksimum – 10 xal təqdim ediblər.

Bu qarşılıqlı addım ilk baxışdan ya xoş niyyət jesti, ya da sadəcə nadir təsadüf kimi qiymətləndirilib.

Qeyd edək ki, beynəlxalq musiqi yarışmasında Azərbaycan və Ermənistan nümayəndələrinin bir-birinə ilk dəfə ən yüksək bal verdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*