Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq müzakirə olundubackend

Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı admiral Navid Əşrəf və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdən əvvəl qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşların məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Azərbaycan Ordusunun Baş Qərargahında görüş keçirilib. General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Ölkələr arasında əlaqələrin qədim tarixi köklərə söykəndiyini qeyd edən Baş Qərargah rəisi hərbi əməkdaşlığın yüksək inkişaf mərhələsində olduğunu vurğulayıb.

Admiral N.Aşraf isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı görüşlərin ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib.

Görüşdə Azərbaycan və Pakistan hərbi dənizçilərinin peşəkarlığının daha da artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş və səmərəli fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*