Azərbaycan və Qazaxıstan arasında birgə iclası keçirilir – FOTObackend

Azərbaycan və Qazaxıstan birgə iclası keçirilir - FOTO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçirilir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, iclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin arasında ikitərəfli görüş olub. İki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərində qarşılıqlı fəaliyyəti gücləndirmək üçün atılan addımlar, ixrac-idxal malları nomenklaturunun genişləndirilməsi, enerji, investisiya, nəqliyyat-logistika sahələri üzrə prioritet əhəmiyyətli layihələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Komissiyanın iclasında qardaşlıq və dostluğa əsaslanan yüksək səviyyəli Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni tarixi mərhələdə inkişafını təmin edən çoxşaxəli əməkdaşlıq gündəliyi, hədəflər, ticari-iqtisadi, enerji, nəqliyyat, logistika, sənaye, tikinti, kənd təsərrüfatı, səhiyyə, qida təhlükəsizliyi, kosmik fəaliyyət, rəqəmsallaşma, informasiya texnologiyaları, elm və təhsil, mədəniyyət, gənclər siyasəti, turizm, idman, ekologiya və ətraf mühit sahələrində görülən işlər və perspektivlər nəzərdən keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*