Azərbaycan və Qazaxıstana qarşı Rusiyadan təhdidlərə amerikalı analitikdən MÜNASİBƏTbackend

Azərbaycan və Qazaxıstana qarşı Rusiyadan təhdidlərə amerikalı analitikdən MÜNASİBƏT

Amerikalı analitik Rusiya siyasətçilərinin Azərbaycan və Qazaxıstanı təhdid etməsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Mərkəzi Asiyada geosiyasət, müdafiə və ticarət üzrə tədqiqatçı, Vaşinqtonda yerləşən Second Floor Strategies konsaltinq şirkətinin prezidenti Aleksandro Sançes Uaylder bildirib.

O hesab edir ki, Moskvanın qonşuları ilə münasibətlərinin inkişafı birbaşa olaraq Ukraynadakı müharibənin nəticəsindən asılıdır.

“Son günlər Laçın-Xankəndi yolunda yaranmış vəziyyət Rusiyanın bəzi dairələrində Azərbaycana qarşı təxribat və düşmənçilik xarakterli bəyanatlarla müşayiət olunur.

Moskva üçün istənilən uğurlu nəticə ona yeni təcavüzlər etmək üçün cəsarət verə bilər. Məğlubiyyət isə əksinə, müəyyən müddətə Kreml “şahinləri”nin külünü soyutmalıdır”, – deyə siyasətçi bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*