backend

Qazaxıstanın ipoteka qurumları ilə təcrübə mübadiləsi həyata keçirilib

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

İpoteka və Kredit Zəmanət Fondu (Fond) fəaliyyət istiqamətləri üzrə regional və beynəlxalq təcrübənin öyrənilməsi, ixtisaslaşmış xarici ipoteka təşkilatları, o cümlədən kredit zəmanət təşklatları ilə təcrübə mübadiləsinin həyata keçirilməsinə xüsusi önəm verir.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumata görə, bu istiqamətdə Fondla “Qazaxıstan İpoteka Şirkəti” SC arasında uzun illərdir mövcud olan əməkdaşlıq bu gün də inkişaf edir. Mövcud əməkdaşlıq çərçivəsində 4-5 dekabr tarixlərində Qazaxıstan nümayəndə heyəti Fondun iş təcrübəsi ilə yaxından tanış olub. Nümayəndə heyətinə Fondun fəaliyyət istiqamətləri, xüsusilə də ipoteka kreditlərinin şərtləri, ipoteka kreditləşməsi üzrə müvəkkil təşkilatlar və onlarla iş prinsipləri, yeni “Elektron ipoteka və kredit zəmanət sistemi”, o cümlədən vətəndaş tərəfindən elektron sistem vasitəsilə ipoteka kreditlərinə müraciət qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Elektron ipoteka və kredit zəmanət sistemi” ən müasir texnoloji platforma üzərində qurulub və Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiya edilib.

“Qazaxıstan İpoteka Şirkəti” SC-ni 2000-ci ildə bu ölkənin Mərkəzi Bankı təsis edib. Şirkət ipoteka mexanizmi vasitəsilə mənzil təminatı sahəsində dövlət siyasətini həyata keçirən maliyyə təşkilatıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*