Azərbaycan və Türkiyə açıq-aşkar Ermənistana qarşı yeni hərbi təcavüzə hazırlaşır, çox güman ki, Paşinyan hökuməti tamamilə fəaliyyətsizliyi (tətil, velosiped və s.) nəticəsində dəhlizdən keçəcəklər.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Karen İgityan səsləndirib.
Onun sözlərinə görə, Ermənistan Qarabağı (qondarma rejimi nəzərdə tutur – red.) hücumdan qoruyan qalxanı itirdi, indi yeni zərbə hazırlanır:
16/08/2024. Paşinyan hökumətinin tələbi ilə rus qoşunları Azərbaycanla sərhəddə dayandıqları Zəngəzurdan (Sünik) çıxıblar.
17/08/2024. Azərbaycanın hava hücumundan müdafiə qüvvələri təlimlər keçiriblər.
17/08/2024. Türkiyə Hərbi Hava Qüvvələri Ermənistan sərhədləri yaxınlığında kəşfiyyat aparır, Bayraktar və Boeing 737 AEW&C PUA-ları uçur.
18/08/2024. Azərbaycanın təbliğat resursları yazır ki, Ermənistan Gorus bölgəsində artilleriya bölməsi formalaşdırır və bu, Bakıya zərbə endirmək hüququ verir.
19/08/2024. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı Culfa (Naxçıvan) istiqamətində mövqelərini atəşə tutmaqda ittiham edir.
19/08/2024. Bayraktar PUA Türkiyə ərazisindən sərbəst şəkildə Ermənistan ərazisinə, az qala İrəvana uçur.
İlham Əliyev İrəvanın da Azərbaycana məxsus olduğunu, Ermənistan Respublikasının bütün ərazisinin “Qərbi Azərbaycan” olduğunu bəyan edib.
Türkiyə və Azərbaycanın elitası hesab edir ki, Ermənistan mövcud olmamalıdır”.
Günel Mikayılova
KONKRET.az