Azərbaycan vətəndaşları qonşu ölkədən çıxarıldıbackend

Azərbaycan vətəndaşları qonşu ölkədən çıxarıldı

Ötən ay Gürcüstanda qanunsuz yaşayan 100 nəfər əcnəbi ölkədən çıxarılıb.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.

Əcnəbilər arasında İraq, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Suriya, Pakistan, Rusiya, Keniya, Livan, Azərbaycan, Bolqarıstan, Banqladeş, Belarus, Litva, Nigeriya, Ermənistan, Çin və Qırğızıstan vətəndaşları var. Gürcüstan qanunvericiliyinə uyğun olaraq onların ölkəyə girişi qadağan edilib.

Qeyd edək ki, Miqrasiya Departamenti Gürcüstan daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Qurumun səlahiyyətlərindən biri də qanuni əsas olmadan Gürcüstanda olan xarici vətəndaşların müəyyən edilərək ölkədən çıxarılmasının həyata keçirilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*