Azərbaycan xaricdən ərzaq alışını 2023-cü ildə 203 milyon dollar azaldıb.
KONKRET.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən il xaricdən 2 milyard 160 milyon dollarlıq yeyinti məhsulları alınıb ki, bu 2022-ci illə müqayisədə 203 milyon dollar və ya 8,6% azdır.
Bəzi məhsullar üzrə idxalın azalması 30-40%-ə çatır. Bir sıra məhsullarda isə əksinə, idxal daha da artıb.
Beləliklə, 2023-cü ildə idxalı ən çox azalan məhsul buğda olub – 2022-ci ildəki 436 milyon dolların qarşısında 2023-də xaricdən ölkəyə cəmi 304 milyon dollarlıq buğda gətirilib – 133 milyon dollarlıq qənaət yaranıb.
İdxalı azalan 2-ci məhsul bitki və heyvan mənşəli yağ və piylərdir – 2023-cü ildə bu məhsuldan ölkəyə 184 milyon dollarlıq idxal edilib. 2022-ci ildə isə bu rəqəm 297 milyon dollar idi – 114 milyon dollar və ya 38% qənaət baş verib.
Xaricdən idxcalı azalan digər məhsul kərə yağıdır. 2022-ci ildə ölkəyə xaricdən 108 milyon dollarlıq kərə yağı idxal edilmişdi, 2023-cü ildə bu rəqəm 92 milyon dollara enib.
Ötən il xaricdən meyvə-tərəvəzin idxalı da 4-6 milyon dollar azalıb. Əvəzində ötən il xaricdən Azərbaycana düyü və süd-qaymaq idxalı artıb. İdxal edilən düyünün həcmi 50 min tondan 54 min tona, onun dəyəri isə 42 milyon dollardan 50 milyon dollara yüksəlib. Süd qaymaq idxalı isə 19 milyon dollardan 24 milyon dollara artıb.
Daha detallı cədvəldə:
Məhsullar | Dəyər
2023 (min dollar) |
Dəyər
2022 (min dollar) |
Artım-
azalma (min dollar) |
Artım-azalma faizlə |
Yeyinti mәhsulları | 2 160 158 | 2 363 142 | – 202 984 | – 8,6% |
O cümlədən | ||||
Әt | 86 739 | 84 264 | + 2 475 | + 2,9% |
Süd vә qaymaq | 23 906 | 18 955 | + 4 951 | + 26,1% |
Kәrә yağı | 92 416 | 108 182 | – 15 765 | – 14,6% |
Tәrәvәz vә meyvә | 229 914 | 235 987 | – 6 073 | – 2,6% |
Çay | 70 557 | 75 469 | – 4 912 | – 6,5% |
Buğda | 303 983 | 436 551 | – 132 568 | – 30,4% |
Qarğıdalı | 20 825 | 24 155 | – 3 330 | – 13,8% |
Düyü | 50 086 | 42 550 | + 7 535 | +17,7% |
Bitki-heyvan
mәnşәli piylәr vә yağlar |
183 676 | 297 491 | – 113 814 | -38,3% |