2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Hesablamalara görə, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycanda qızıl istehsalı 1600.7 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 144 milyon 13 min ABŞ dolları dəyərində 1960 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 73 min 475.7 ABŞ dolları təşkil edib.
Aşağıdakı cədvəldə bu ilin I yarısında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:
Qızılın həcmi, kq | Qızılın dəyəri, min ABŞ dolları | |
Rusiya | 4752,95 | 439 260,21 |
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı | 3778,93 | 365 446,86 |
Avstraliya | 3994,61 | 354 724,78 |
Amerika Birləşmiş Ştatları | 3345,76 | 340 301,79 |
Cənubi Afrika Respublikası | 2488,8 | 263 439,04 |
Qazaxıstan | 2556,83 | 262 172,89 |
Meksika | 2107,72 | 185 463,97 |
İsveçrə | 1470,02 | 145 035,48 |
Kanada | 1375,07 | 129 773,39 |
Özbəkistan | 1201,83 | 122 234,44 |
Çin | 1173,72 | 108 207,58 |
Türkiyə | 1115,84 | 99 250,42 |
Almaniya | 1062,49 | 95 859,22 |
Braziliya | 1021,46 | 95 318,81 |
İspaniya | 502,32 | 52 884,17 |
İtaliya | 233,42 | 24 547,26 |
Filippin | 240,88 | 24 325,53 |
Çinin xüsusi inzibati rayonu Honkonq | 184,29 | 16 723,14 |
Yaponiya | 149,89 | 15 586,09 |
Qırğızıstan | 98,76 | 10 589,15 |
İsveç | 38,16 | 4 099,74 |
Rumıniya | 13,12 | 1 224,06 |
Zimbabve | 12,2 | 1 133,44 |
Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.