“Altı Tərəf Platforması bölgədəki sabitliyə və inkişafa böyük töhfə verəcəkdir. Siyasət baxımından heç bir əməkdaşlıq problemi yoxdur. Yəni iqtisadiyyat və təhlükəsizlik baxımından. Dənizə çıxışı olmayan Ermənistan altı ölkənin platformasında iştirak etmədiyi təqdirdə uduzacaq. Diaspor Ermənistan dövlətini öz məqsədləri üçün alətə çevirib və onların vasitəsi ilə yaşadıqları ölkələrin siyasətinə təsir göstərirlər. Məsələn, Avropadakı diaspor Ermənistanın zərərləri hesabına yaşayır “.
KONKRET.az xəbər verir ki, bunu Ankara Sosial Elmlər Universitetinin müəllimi Muhittin Ataman söyləyib. O əlavə edib ki, “Ermənistan İsrailə çox oxşayır. Bir mənada Qarabağın işğalı Fələstinin işğalına bənzəyirdi. Daha da əhəmiyyətlisi odur ki, Ermənistan İsrail kimi sərhədləriylə məhdudlaşmaq istəməyən bir dövlətdir. Ermənistan indiki çətin vəziyyətində belə Azərbaycan və Türkiyəyə qarşı ərazi tələbindədir”.
Muxittin Ataman hesab edir ki, platformanın bir hissəsi olarsa, Ermənistanın qəbul etməli olduğu iki əsas şərt var. Birincisi, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ikincisi isə bədnam “erməni soyqrımı” ifadəsini unutmalıdır. Platformaya qoşulmaqla, Ermənistan Azərbaycan və Türkiyə arasındakı mövcud münasibətlərdən faydalana biləcək. Ermənistan iqtisadi sabitliyə və bəlkə də çiçəklənməyə nail olacaq. Bütün regional üstünlüklərdən istifadə etmək imkanı qazanacaq. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması ölkənin Qərbdən asılılığını azaldacaq, bu, həm də Rusiya üçün də faydalı olacaq.
Lətif,
KONKRET.az