Azərbaycana qış fəsli daxil olub.
KONKRET.AZ xəbər verir ki, qış fəsli dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da ölkəyə qədəm qoyub.
Bu gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz, Cənub yarımkürəsində isə ən qısa gecə, ən uzun gündüz qeydə alınacaq.
Qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Bu səbəbdən də bu fəsildə soyuq hava şəraiti müşahidə olunur.