“Azərbaycana təzyiq edən dövlətlərin hədəfi atəşkəs deyil” – Ərdoğandan Qarabağ açıqlamasıbackend

"Azərbaycana təzyiq edən dövlətlərin hədəfi atəşkəs deyil" - Ərdoğandan Qarabağ açıqlaması

“Öz torpaqlarını azad etmək istəyən Azərbaycan bu vətəndaş cəmiyyətinin (Türkiyə Təbiblər Birliyi nəzərdə tutulur) hədəfi ola bilməz”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib.

Türkiyə lideri deyib ki, ölkəsində 100 minə yaxın erməni var və onlar Türkiyədə rahat yaşayırlar: “Əgər siz erməni hakimiyyətinin yanında yer alsanız, bu millət sizə xoş baxmaz. Ölkəmizdəki ermənilər mənim azərbaycanlı qardaşlarımın öz torpaqlarını azad etmək istəyinə qarşı çıxdı. Azərbaycan torpaqlarını işğaldan azad etmək istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ildir məsələni həll edə bilmir. Bir müzakirə 30 il davam edərmi? 30 ildir “oturdular, danışdılar, dağılışdılar”. 30 ildir bunu edirlər. Torpaqları vermədilər, ona görə də iş bu yerə çatıb. Bizə Suriyadan mücahidləri ora göndərdiyimizi deyirlər. Biz belə bir iş görmürük. Biz azərbaycanlı qardaşlarımıza dəstək vermişik, verəcəyik. Ancaq həmsədrlərin Ermənistana verdiyi dəstəyi niyə demirsiniz? Rusiyadan, Fransadan verilən dəstəkləri niyə demirsiniz? Suriyadakı mücahidlərin öz torpaqlarında işləri var. Onların Azərbaycanda işləri yoxdur”.

Ərdoğan vurğulayıb ki, Azərbaycana təzyiq edən dövlətlərin hədəfi atəşkəs deyil: “Azərbaycanda mülki vətəndaşların yaşadığı ərazilərin raketlə vurulması göstərir ki, onların hədəf başqadır. Azərbaycanlı qardaşlarımızın da belə bir hədəflə hərəkət etdiklərini bilirik. Azərbaycanı Türkiyə olaraq bütün varlığımızla müdafiə edib yanında olacağıq”.

KONKRET.az

  • Venera
    Oktyabr 14, 2020 - 16:01

    Allah seni butun turk milletine biz Azürbaycanlilara cox gormesin.Ne yaxsi ki varsiz.Rusiya serefsizlerle masada bizi tek qoymayin sayin lider.

  • Samaya
    Oktyabr 14, 2020 - 19:17

    Sayın ümumi türk lideri Siz yanımızda olsanız Daş alta yatan Rus Fransız kimi düşmənlərə qalib gələrik. Alllah Sizi var etsin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*