Azərbaycana uzanan ƏLLƏR: Rusiya ilə İranın İŞĞALÇILIQ PLANIbackend

Azərbaycana uzanan ƏLLƏR: Rusiya ilə İranın İŞĞALÇILIQ PLANI

Sosial şəbəkələrin Azərbaycan seqmentində Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır.

KONKRET.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti bununla bağlı məlumat yayıb. Belə ki, uydurma təşkilat olan “İranın Naxçıvan Xalq Hərəkatı” özü kimi geydirmə məlumat yayıb. Guya ki, naxçıvanlılar İranın tərkibinə qatılmaq istəyir.

Ötən yazılarımın birində İranın belə həmlələr edəcəyini proqnoz etmişdim. Hətta Naxçıvandakı bəzi struktur və kadr islahatları fonunda vəzifədən uzaqlaşdırılmış (caq) müəyyən kəslərin mümkün nakəsliklərinə də işarə etmiş, prosesin nəzarətdə saxlanılmalı olduğunu yazmışdım. Hər halda belə xainliklərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər mütləqdir. Amma unutmaq olmaz ki, Naxçıvan Muxtar Respublikası II Qarabağ müharibəsində ən çox şəhid verən ərazilərdəndir. Odur ki, muxtar respublikanın əhalisi Azərbaycanın ərazi bütövlüyü üçün hər an canından keçməyə hazırdır və hansısa “boyunu yoğun” təxribatçının əlinə oynamazlar.

Deyəsən, İran iki il öncəki Azərbaycan zəfərini unudub. Ya da ötən həftə sərhəddə başlayan XTQ təlimlərimizdən sonra ağıllanmayıblar. Amma Türkiyə ilə 1920-1930-cu illərdəki sərhəd müəyyənləşdirmələri yadlarındadır. Elə Atatürkün Naxçıvanı “Türk Qapısı” adlandırmasını da xatırlayırlar.

Rusiyanın Qarabağın dağlıq hissəsindəki qondarma rejimi “referendum”la özünə birləşdirmək istəyi barədə isə çox bəhs etmişəm.

Bütün olanları ikiüzlülərin ikili oyunu adlandırmaq olar. Lakin Cənubi Qafqazdakı oyunun şərtlərini iki ildir ki, Azərbaycan müəyyənləşdirir. Və ürək bulandıran bu ikiüzlülər oyundan kənar vəziyyətə düşmək üzrədir. Daha doğrusu, İranın Qarabağdakı vasitəçiliyinə 1992-ci ildə fatihə verilib. Bizi danışıqlar adı ilə Tehrana çağırıb müdafiəsiz Şuşanın ermənilər tərəfdən işğalına şərait yaratmışdılar. Rusiyanın da Qarabağ vasitəçiliyi reanimasiyadan sağlam çıxmasa, ən yaxşı halda komada qalacaq. Mirzə Ələkbər Sabir demişkən, “səs salma, yatanlar ayılar, qoy hələ yatsın”.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*